İyun 09, 2021 15:30 Asia/Baku
  • İranda prezidentliyə namizədlərin ikinci tele-debatı keçirilib

İran İslam Respublikasında 13-cü prezident seçkilərinə namizədlərin ikinci tele-debatı "mədəni, sosial və siyasi" mövzularda dünən axşam çağı keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, suallar püşk əsasında ünvanlanıb.

İlk olaraq, Cənab Rəisidən cəmiyyətdə insanlar arasındakı sosial bərabərsizlik və onu azaltmaq üçün proqramı barədə soruşulub.

Cənab Rəisi belə cavab verib: "Xalq mənə səs verəcəyi təqdirdə, elə ilk başdan sərəncamları nəzərdən keçirməyi düşünürəm. Maaşlarının artırılmasında ədalətlə davranmalıyıq. Sosial bərabərsizliklərin çoxu ədalətsiz qərarların məhsuludur.

İkinci sual cənab Rezayidən və gənclərdə ümidin yaradılmasının əsasları və  ümidsizliyin aradan qaldırılması üçün praktiki həll yolları barədə soruşulub.

Cənab Rezayi belə cavab verib: "Hökumətimiz ümidi sizə qaytaracaq və inşallah bir daha üzünüzdə qələbə gülüşü olacaq. Hökümətimiz İranın bütün etniklərinin hökuməti olacaq".

Üçüncü sual cənab Cəlilidən və xalqın hökumətə inamını gücləndirməyin yolları barədə soruşulub.

Cənab Cəlili deyib: "Xalqın etimadını qazanmaq istəyiriksə, rəsmilərin davranışı islah olunmalıdır. Əgər ölkənin siyasi mədəniyyətində şou həqiqi işin yerini tutarsa, işlərin yaxşı qabağa gedəcəyini gözləyə bilməzsiniz".

Dördüncü sual Cənab Mehrəlizadədən soruşulub. Sual belə olub: "Hökumətinizin ABŞ-ın sədaqətsizliyi qarşısında və sanksiyaların ləğvinin yoxlanılması barədə planı nədir"?

Mehrəlizadə deyib: "Məncə nüvə anlaşmasını canlandırmaq üçün müzakirədə iştirak etməli və onu xalqa qaytarmalıyıq. Əlbəttə bu sahədə ölkənin bütün imkanları səfərbər edilməli və bütün orqanlar və qurumlardakı söz sahibləri əməkdaşlıq etməlidirlər".

Beşinci sual cənab Hemmətiyə ünvanlanıb və ondan məşğulluq iqtisadiyyatının həqiqi ehtiyacları ilə təhsil sistemi arasındakı uyğunsuzluq barədə soruşulub

Cənab Hemməti deyib: "Məncə təhsil çox önəmli məsələdir. Mənim fikrimcə, rəqabətli bazar ölkənin inkişafında mühüm rol oynayır və hökumət üç sahədə ciddi məsuliyyət daşıyır, səhiyyə, təhsil və həssas insanlara qayğı sahəsində". 

Altıncı şəxs cənab Qazizadə Haşimi olub və ondan hökumət komponentlərinin sektorlararası idarə olunması və sektorlar arasındakı  qarşıdurmaların qarşısının alınması haqda siyasətlərindən soruşulub.

Cənab Qazizadə Haşimi belə cavab veriblər: "Üç ümumi sektor yaranacaq; Birinci sektor prezident, daxili işlər naziri, birinci müavin və valilərdən ibarət olacaq, ikinci sektorda prezident, ölkənin Məşğulluq-İnzibati Təşkilatının büdcə proqramı üzrə direktor müavini və nazirlər arasında bir üçbucaq təşkil olunacaq və nəhayət üçüncü sektor prezident, prezident administrasiyasının rəhbəri və Ali Şuralardan ibarət olacaq".  

Və yeddinci sual cənab Zakaniyə ünvanlanıb və ondan demoqrafik təhdidlərlə mübarizə aparmaq üçün planları haqda soruşulub.

Cənab Zakani deyib: "Övlad sahibi ola bilməyən cültlüklərin məsələlərindən əlavə diqqətimi mənzil, məşğulluq və ümid yaratmağa yönəldəcəyəm".

Teqlər