İyun 21, 2021 20:57 Asia/Baku

İran İslam Respublikasının prezidenti Azərbaycanla əlaqələrin sürətlə inkişaf edəcəyi barədə açıqlama verib.

SəhərAzəri-nin məlumatına əsasən, prezident Həsən Ruhani deyib ki, İran əleyhinə tətbiq olunan sanksiyaların tezliklə ləğv edilməsi ilə İranın Azərbaycanla münasibətləri daha da inkişaf edəcək.

H.Ruhaninin sözlərinə görə, İranla Azərbaycan arasında geniş münasibətlər var: "Azərbaycan və İran rəhbərliyi ikitərəfli münasibətlərin inkişafı istiqamətində önəmli qərarlar verib. Beləliklə ki, iki ölkənin sərhəd bölgələrində çoxlu müsbət dəyişikliklər müşahidə olunacaq".

İran prezidenti əlavə edib ki, iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı verilən qərarların icrası sanksiyalar səbəbindən müəyyən qədər ləngimələrlə üzləşmişdi.

 

Teqlər