Ehtimal üzrə
ABŞ Müqavimət məhvərinin veb saytlarına blok qoyub
İyun 22, 2021 22:59 Asia/Baku
İyunun 22-də axşam çağı Əl-Aləm , PressTv və Əl-Məsirə telekanallarının veb səhifələrinə giriş bağlanılıb.
SəhərAzəri-nin Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, sözü gedən veb saytlarına giriş zamanı göstərilən şəkildə Amerika dövlətinin bu veb saytlarına blok qoyduğu bildirilir.
Hələlik ABŞ dövləti rəsmən bu mövzuya münasibət bildirməyib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə ona bu barədə verilən suala cavab verə bilmədiyini deyib və Ədliyyə Nazirliyinin yaxın saatlarda bu barədə fikir bildirəcəyini ehtimal edib.