İyun 23, 2021 13:26 Asia/Baku
  • Ruhani:

İran İslam Respublikasının prezidenti Cümhuriyyət və İslamiyyətin quruluşun iki ən əhəmiyyətli sütunu olduğunu və bu iki sütunun sarsılmaması üçün onların bütün var qüvvə ilə qorunması vacibliyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Həsən Ruhani Nazirlər Kabinetinin iclasında, islamiyyətin əhəmiyyətini şərh edib və hamının İslamı qorumalı olduğunudiqqətə çatdırıb.

O, deyib: "İslam öz-özlüyündə siyasətə, əxlaqa, aydın qaydalara, ədalətə və bütün etniklərə və genderlərə hörmətə malikdir və İslamda hər şey öz yerindədir".

Ruhani İran millətinə xitabən deyib: "Hökümət böyük bir iş gördü və müharibəni sona çatdırdı. Hökumət xalqın fədakarlığı və İslam İnqilabının Böyük rəhbərinin təlimatları sayəsində bizi ABŞ-ı Vyanadakı danışıqlar masasına gətirməyi bacardı və əsas məsələləri həll etdik". 

İran İslam Respublikasının prezidenti əlavə edib: "Hökumətin xalqa verdiyi vəd, ABŞ-a təslim olmamaq, iqtisadi müharibədə ölkəni idarə etmək və xammalı təmin etmək idi və bu vədimizə sadiq qaldıq". 

Ruhani, hamının 18 milyon səs qazanan və xalq tərəfindən prezident seçilən Seyid İbrahim Rəisiyə kömək etməli olduğunu vurğulayıb.

"Bu gün hakimiyyəti sakitlik, təhlükəsizlik və həmrəyliklə 13-cü hökumətə ötürməliyik və yeni seçilmiş prezidentin layiqli insanların iş başına gəlməsinin tərəfdarı olduğunu və partiya və cinah baxışı olmadığını bildirdiyinə görə, şadıq və bu açıqlamaları alqışlayırıq", - deyə o, qeyd edib.

Teqlər