İran "Maks" Beynəlxalq Aviakosmik sərgisində güclü iştirak edib
İran İslam Respublikasının Müdafiə Nazirliyi və 35 elm təməlli şirkəti Rusiyanın "Maks-2021" Beynəlxalq Aviakosmik sərgisində güclü iştirak ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, "MAKS" Beynəlxalq Aviakosmik Sərgisi dünyanın aviasiya sənayesi nəhənglərinin ən böyük rəqabət arenalarından biri olaraq, elə bir halda 15-ci dövrünə qədəm qoyub ki, bu il də Rusiya, İran İslam Respublikası və dünyanın 65 ölkəsindən yüzlərlə etibarlı şirkət, aviakosmik sənayesi sahəsində ən son nailiyyətlərini nümayiş etdiriblər.
Rusiya prezidenti, İlyuşin təyyarələrinin son modelləri, super reaktiv təyyarələrin və ABŞ-ın F-35 qırıcı təyyarəsinin güclü rəqibi hesab olunan beşinci nəsil Suxoy döyüş təyyarəsinin təqdimatında ölkəsinin aviasiya sənayesindəki inkişafını yüksək dəyərləndirib.
Putin deyib: "Qabaqcıl beşinci nəsil qırıcı təyyarələr, yeni İlyuşin təyyarələri, mühərriki və gövdəsi tam Rusiya istehsalı olan super reaktiv təyyarələrin iki yeni modeli və müxtəlif helikopterlər və taktiki pilotsuz təyyarələr, Rusiyanın aviasiya sənayesindəki yüksək qabiliyyətini göstərir".
"Maks" Aviakosmik sərgisinin açılışı ilə eyni zamanda, Rusiya, ABŞ və Qərbin təhdidlərinə qarşı hazır olduğunu nümayiş etdirmək üçün S-500 raketdən müdafiə sistemini uğurla sınaqdan keçirib.
İranın Müdafiə nazirinin müavini və Aviasiya Sənayesi Təşkilatının rəhbəri Əmir Xace Fərd deyib: "Bu il İran pavilionunda müxtəlif təlim təyyarələri, helikopterlər, mühərrik hissələri və elektron avadanlıqlar təqdim edilib, lakin əsas diqqət PUA-lara və onların ticariləşdirilməsinə yönəldilib".
O, vurğulayıb: "ABŞ-ın ölkəmizə qarşı zalımcasına sanksiyalarına baxmayaraq, texnologiya və aviasiya sənayesi sahəsindəki iranlı mütəxəssislərin səyləri sayəsində ölkəmiz əhəmiyyətli irəliləyişlər əldə edib və xarici ziyarətçilərin İran İslam Respublikası pavilionunu maraqla qarşılaması çıq şəkildə göstərir ki, İran müasir texnologiyalara sahib olan ölkələrlə rəqabət apara biləcək məhsullar təqdim edibdir".
İran İslam Respublikasının pavilionunda döyüş, kəşfiyyat və xilasetmə PUA-larından tutmuş, müxtəlif tipli helikopterlər və təlim təyyarələri təqdim olunub.