Düşmənlərin fitnəkarlığı bitdi
İyul 25, 2021 20:05 Asia/Baku
-
Hüseyn Səlami
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı vurğulayıb ki, düşmənlərin fitnəkarlığı xalqın və rəsmilərin köməyilə başa çatdı.
SəhərAzəri-nin məlumatına əsasən, General-mayor pasdar Hüseyn Səlami bildirib ki, düşmən iqtisadi problemlər, susuzluq və quraqlıq kimi müxtəlif bəhanələrlə ölkədə fitnəkarlıq ardıncadır.
O, deyib ki, xalqın və rəsmilərin köməyilə problemlər bir-birinin ardınca aradan qaldırılacaq.
General Səlami qeyd edib ki, İran xalqı həmişəkindən daha güclü şəkildə bir-birinin kənarında olacaq.