Korona ilə mübarizə üçün Sepah və Bəsic-in bütün imkanlarından istifadə edəcəyik
https://azeri.sahartv.ir/news/İran-i380195-korona_ilə_mübarizə_üçün_sepah_və_bəsic_in_bütün_imkanlarından_istifadə_edəcəyik
Korona ilə mübarizə üçün Sepah və Bəsic-in bütün imkanlarından istifadə edəcəyik- deyə, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2021 12:05 Asia/Baku
  • General-mayor pasdar Hüseyn Səlami
    General-mayor pasdar Hüseyn Səlami

Korona ilə mübarizə üçün Sepah və Bəsic-in bütün imkanlarından istifadə edəcəyik- deyə, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı vurğulayıb.

 SəhərAzəri-nin məlumatına əsasən, General-mayor pasdar Hüseyn Səlami bu gün «Bəsice Mostəzəfin» təşkilatının məkanında ölkə üzrə vilayət korpuslarının komandanları ilə video-konfrans formasında keçirilən Şəhid Süleymani layihəsi kimi koordinasiya iclasında deyib ki, korona xəstəliyinin yayılması xalqa əzab verən təhlükəli bir mərhələyə çatıb.

Belə bir mühitdə bu xəstəliklə mübarizə istiqamətində ixtiyarımızda olan imkanların xidmətə götürülməsi üçün məsuliyyət qəbul edəcək və xalqın qarşısında sədaqətlə hərəkət edəcəyik- deyə, general Səlami vurğulayıb.

Sepah-ın baş komandanı həmçinin deyib: İslam İnqilabının Böyük Rəhbərinin qarşıya qəti vəzifə qoyan aydın fərmanlarının həyata keçməsi üçün qanuni, təşkilati, şəri vəzifə və tarixi borc kimi bütün imkanlarımızı səfərbər etmişik.- deyə, Sepah-ın baş komandanı vurğulayıb.