Rəisi Avstriya kansleri ilə məşvərət edib
İran İslam Respublikasının prezidenti Avstriya kansleri ilə telefon söhbətində vurğulayıb ki, iki ölkənin beş yüz illik dostluq münasibətləri, əlaqələrin gələcəyi üçün dəyərli bir sərmayədir.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Sebastian Kurts ilə telefon söhbətində bildirib ki, iqtisadi anlaşmalardan irəli gələn mənfəət və iradənin mövcud olduğu bir halda, iki ölkənin ticarət mübadilələrinin azalması məntiqli əsasa və əsaslandırmaya malik deyil.
«İki ölkənin maraqlarını qorumalı və bədxahların müxtəlif hiylələrlə bu əlaqələrə təsir göstərmələrinə icazə verməməliyik»-deyə, Rəisi bildiirib.
«Bu qənaətdəyik ki, müxtəlif əfqanıstanlı cərəyanlar Amerikanın bu ölkədən çıxışını bir dönüş nöqtəsi kimi nəzərdə tutaraq, bir-birilərilə anlaşmada bütün xalqın qəbul etdiyi hakimiyyət meyarına nail olmalıdırlar.»-İran prezidenti bildirib.
Bu telefon danışığında İranla müxtəlif sahələrdə dostcasına və konstruktiv əlaqələrin genişlənməsinin davam edəcəyinə ümidvarlıqla yanaşan Avstriya kansleri də belə söyləyib: İranın yeni dövlətinin bu ölkənin xalqı üçün iqtisadi və ictimai çiçəklənmənin yaradılmasında daha da müvəffəq olacağına ümid edirik.