Avq 25, 2021 20:36 Asia/Baku
  • ÜST nümayəndəsi:

Ümumdünya Səhiyyə Təşkilatının İran üzrə nümayəndəsi deyib: "İran, COVAX platforması vasitəsilə alınan peyvəndlərin xərclərini tam ödəyən yeganə ölkədir".

SəhərAzəri-nin verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının İran üzrə nümayəndəsi Cəfər Hüseyn koronavirusa qarşı vaksinasiya mərkəzlərinə baxış keçirərkən əlavə edib: "Təəssüflə bəzi səbəblərə görə, o cümlədən pandemiyanın bütün dünyada yayılması və peyvənd istehsalı üçün resurs çatışmazlığı səbəbindən alınan bəzi partiyaların çatdırılması bir qədər gecikdi".

Ümumdünya Səhiyyə Təşkilatının İran üzrə nümayəndəsi indiyə qədər İrana təxminən 5,8 milyon doza vaksinin gətirildiyini bəyan edərək, yaxın zamanlarda digər ölkələrdən də İrana vaksinlərin idxal olunacağına və bundan əlavə tezliklə COVAX platforması çərçivəsində İrana peyvəndin yeni partiyasının göndəriləcəyinə ümidvar olduğunu bildirib.  

Cəfər Hüseyn əlavə edib: İran İslam Respublikası ölkə daxilində bir neçə vaksin üzərində işləyir ki, onların ikisi istismar mərhələsinə çatıbdır. 

Teqlər