Sen 05, 2021 13:18 Asia/Baku
  • İran nəticə mehvərli müzakirəyə təkid edir

İran xalqı ilə ilk canlı televiziya söhbətində İran İslam Respublikasının qonşuların təhlükəsizlyini öz təhlükəsizliyi bildiyini vurğulayan İran prezidenti qeyd edib ki, indiyədək müxtəlif ölkələrin başçıları ilə əllidən çox əlaqə qurub, görüş keçirib və bu söhbətlərdə ölkələrlə anlaşmaya təkid edibdir.

SəhərAzəri-nin verdiyi məlumata görə, Seyid İbrahim Rəisi bu televiziya söhbətində son Əfqanıstan olaylarına toxunub. Bildirib ki, Əfqanıstanın həll yolu, xalqın səsi ilə dövlətin qurulması, xalqın iradəsinin bu ölkədə hakim kəsilməsidir.

İranın daima Əfqanıstanda sülh, asayiş, xalqın iradəsi və istəyinin hakimiyyəti ardınca olduğunu vurğulayan ölkə prezidenti bildirib ki, Əfqanıstanda xalqın səsindən irəli gələn dövlət İranla yaxşı əlaqələrə malik ola blər.

«Əfqanıstan xalqı keçən illər ərzində böyük ziyan çəkibdir»- deyən İran prezidenti qeyd edib ki, Əfqanıstan məsələsi amerikalıların iştirakının heç bir yerdə təhlükəsizlik yaratmadığını, əksinə təhlükəsizliyi pozduğunu göstərdi.

Ayətullah Rəisi nüvə müzakirələrinə də toxunub: Müzakirə və dialoq bir diplomatiya vasitəsidir və İran ondan qorxmur, amma Qərb və Amerika təzyiqlə yanaşı olan danışıq ardıncadırlar.

İrana təzyiq göstərməyin heç vaxt nəticə vermədiyi və qərblilərin dəfələrlə bunu sınaqdan keçirdiklərini vurğulayan İran prezidenti bildirib ki, təzyiq və təhdidlə yanaşı olan danışıq qəbulediləsi deyildir.

Ayətullah Rəisi qeyd edib ki, İran dövlətinin danışıqlarının mehvəri, İran xalqının maraqları və sanksiyaların tamamilə aradan qaldırılmasıdır və o, bir addım da olmuş olsa belə, ondan geri çəkilməyəcək.

İran prezidenti ölkənin iqtisadi təhlükəsizliyi və sabitliyinə də işarə edib. Bildirib ki, bu gün İranda investisiya üçün şərait və zəmin hazırdır.

Teqlər