Sen 22, 2021 09:09 Asia/Baku
  • Rəisi: İran bütün region ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir

İran İslam Respublikasının prezidenti bəyan edib ki, bütün region ölkələrində sabitliyin qorunması və ərazi bütövlüyü prinsipini dəstəkləmək İranın əsas siyasətini təşkil edir.

SəhərAzəri-nin məlumatına əsasən, BMT Baş Assambleyasının 76-cı illik iclasında Video-konfrans formatında yayımlanan çıxışında Seyid İbrahim Rəisi bununla əlaqədar deyib: İranın İraq və Suriya xalqlarına terrorizmlə mübarizədə dəstəyi olmasaydı, Şəhid Əbu-Mehdi Əl-Mühəndis və Şəhid Hacı Qasim Süleymaninin fədakarlığı olmasaydı, İŞİD bu gün Aralıq Dənizində Avropanın qonşusu olmuşdu. Əlbəttə ki, İŞİD dünyada ekstremizmin son dalğası olmayacaqdır. Amerikanın isə regionda hərbi mövcudiyyəti xalqlara nə demokratiya ərməğan gətirdi, nə də sabitlik. Bu isə o deməkdir ki, xalqların hüququnu hər hansı bir şəkildə pozmaq dünyada sülh və əmin-amanlığı təhlükəyə salır.

Amerika xalqının Konqresə hücumunun və əfqanların ABŞ təyyarəsindən yerə çırpılmasının mənalı olduğunu xatırladan İran prezidenti vurğulayıb ki, Amerikanın istilaçı sistemi artıq həm ölkə daxilində, həm də onun xaricində etibarsızdır.  

Onun sözlərinə görə, xalqların müqaviməti supergüclərin qüdrətindən daha güclüdür və bu gün Qərb öz mentalitetini xalqlara qəbul etdirməkdə çətinlik çəkir. Bu səbəbdəndir ki, Birləşmiş Ştatlar dünyada müharibələrinin keyfiyyətini dəyişməklə məşğuldur.

Prezident öz çxışının davamında İrana qarşı sanksiyalardan da söz açıb. “İran xalqına qarşı sanksiyalar nüvə proqramı və hətta İslam İnqilabı ilə başlanmadı, sanksiyaların əsası 1951-ci ildə neft sənayesinin milliləşdirildiyi zaman qoyuldu və ABŞ ilə İngiltərə vasitəsilə ölkənin seçilmiş hökumətinə qarşı dövlət çevrilişinə gətirib çıxardı. Bütövlükdə sanksiya və koronavirus pandemiyası şəraitində dərman preparatlarını ixracını əngəlləmək bəşəriyyət əleyhinə cinayətdir. Mən İran xalqı adından qeyri-qanuni sanksiyaları pisləyir, onun bəşəriyyət əleyhinə mütəşəkkil cinayət və amerikan insan haqlarınn simvolu kimi xarakterizə olunmasını tələb edirəm.”

Seyid İbrahim Rəisi hazırda nüvə sazişini pozaraq İran xalqı ilə düşmənçiliyini şiddətləndirən və ona qarşı maksimum təzyiq siyasətini yürüdən Amerikanın öz çirkin planlarında fiaskoya uğradığına diqqət çəkərək, Ağ Evi maksimum zülm siyasətinə qapılmaqda ittiham edib.

İran dövlətinin strategiyasının İmam Xomeyni (rəh) məktəbindən və İslam məfkurəsindən mənşə aldığına toxunan hökumət başçısı qeyd edib ki, rasionalist İslam, təfəkkür və müdriklik İslamı ölkənin milli maraqlarına uyğundur və bu çərçivədə insanların hüquqları təmin olunur.

İran prezidenti söhbətinin sonunda Yəmən və Fələstin məsələlərinə də toxunub. Rəisi deyib ki, Yəmədə insan dramı yaşanır, dünya bəşəriyyət əleyhinə baş verən cinayətlər qarşısında susmamalı, təcavüzə qeyd-şərtsiz son qoyulmalıdı və yəmənlilər arasında konstruktiv dialoqun qurulmasına təşəbbüs göstərilməlidir. Fələstin məsələsinə gəlincə isə, hamı bilməlidir ki, Qüdsü işğalda saxlayan rejim dünyada dövlət terrorizminin birnömrəli tərəfidir. Qəzzədə və İordan Çayının Qərb Sahilində qadınları və uşaqları qırğın etmək onun gündəmində dayanır. İsrail rejimi Qəzzəni hər tərəfdən blokadaya almaqla bu bölgəni dünyanın ən böyük zindanına çevirmişdir.

Teqlər