İranlı generaldan önəmli mesaj
"İsrailin Cənubi Qafqazda fəaliyyətləri nəzarətimiz altındadır"
İran Ordusunun Quru Qoşunları komandanı bu gün ölkənin şimal-qərb səhədlərində keçirilən hərbi təlimlə bağlı açıqlamasında deyib.
SəhərAzəri-nin məlumatına əsasən, general Kyumərs Heydəri deyib ki, regionda yalnız bir çağırılmamış təfriqəçi ünsür var, o da sionist rejimidir. O başqa yerdən gəlib və gələndən bizim sərhədlərdə həssaslıq artıb. Onların fəaliyyəti İran İslam Respublikasının müşahidələri altındadır.
General qeyd edib ki, İran İslam Respublikası son iki əsrdə heç vaxt bir ölkənin ərazisini işğal etməyib, qonşuların torpağında gözü olmayıb və olmayacaq. O yalnız özünü müdafiə edib. Qarabağın Ermənistan tərəfindən işğal edildiyi dövrdə də həmişə Azərbaycanın ərazi bütövlüyünə təkidlə yanaşıb və heç bir işğalçını dəstəkləməyib...
İran Ordusunun Quru Qoşunları komandanı yük maşınlarının da sərbəst gediş-gəlişinin təmin olunmasıa çağırıb. “Azərbaycan Respublikasından yük maşınlarının İran İslam Respublikasına getməsi, oradan Naxçıvana və Türkiyəyə yollanması, və ya İrandan Azərbaycana və ya Ermənistana getməsi tam sabitlik şəraitində baş tutmalıdır. Təvəqqe edilir ki, ölkələr bu məsələdə öz məsuliyyətlərinə əməl etsinlər və iqtisadi yolları və enerjinin nəqli məsələsini diqqətdə saxlayıb, media oyunundan əl çəksinlər" , - deyə Kyumərs Heydəri vurğulayıb.