Uzunmüddətli İran-Rusiya əməkdaşlığı üzrə əhatəli sənəd
https://azeri.sahartv.ir/news/İran-i381947-uzunmüddətli_İran_rusiya_əməkdaşlığı_üzrə_əhatəli_sənəd
İran xarici işlər nazirliyinin Avrasiya şöbəsinin müdiri İran və Rusiya arasında qarşılıqlı əməkdaşlıq üzrə əhatəli sənədin ilkin mətninin işlənib hazırlandığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2021 09:36 Asia/Baku
  • Əlirza Həqiqiyan
    Əlirza Həqiqiyan

İran xarici işlər nazirliyinin Avrasiya şöbəsinin müdiri İran və Rusiya arasında qarşılıqlı əməkdaşlıq üzrə əhatəli sənədin ilkin mətninin işlənib hazırlandığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Əlirza Həqiqiyan qeyd edib ki, hazırda ilkin mətnin işlənib hazırlanması əlaqədar mərkəz və orqanlarla koordinasiya mərhələlərini keçirməkdədir.

Onun sözlərinə görə, turizmlə bağlı, iki ölkə vətəndaşları arasında vizanın ləğvi barədə razılaşma imzalanıb və qərara alınıb ki, yaxın gələcəkdə, korona şəraiti adiləşdikdən sonra icra mərhələlərinə daxil olsun.

İran xarici işlər nazirliyinin Avrasiya şöbəsinin müdiri həmçinin deyib ki: Rusiya, regional bir güc kimi İranla bir çox regional və beynəlxalq məsələlərdə ortaq maraq, mənafe və baxışlara malikdir və iki ölkə siyasi, iqtisadi, ticari, müdafiə, elm və texnologiya sahələri xüsiyyət təşkil etməklə bütün sahələrdə əməkdaşlıq üçün xeyli sayda imkana malikdir.

Həqiqiyan söyləyib ki: Həmkarlığın genişləndirilib, möhkəmləndirilməsi iki ölkənin yüksək vəzifəli rəsmilərinin qəti himayəsi və diqqət mərkəzində durur və Tehranla Moskva arasında əməkdaşlıqlar prosei genişlənməkdədir.