Okt 15, 2021 11:19 Asia/Baku
  • Nüvə proqramına görə terror hücumları cavabsız qalmayacaq

İranın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının sədrinə yazdığı bir məktubda İsrail rejiminin nüvə proqramı da daxil olmaqla İrana qarşı mümkün olan bütün manevr və səhv hesablamaları barədə xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, səfir Məcid Təxt Rəvançi bu məktubda sionist İsrail rejiminin son təhdidlərinə cavab verib.  

Məktubda son aylarda İsrail rejiminin təxribatçı və avantürist təhdidlərinin say və sıxlığının artması və həyəcanverici bir həddə çatması faktına toxunularaq, ən sonda rejimin qərargah rəisinin İranın müxtəlif sahələrdəki qabiliyyətlərini məhv etmə əməliyyatlarının hər zaman davam edəcəyini və İranın nüvə proqramına qarşı əməliyyat planlarının genişləndiyini diqqətə çatdırıb.  

Təxt Rəvançi İranın daha əvvəl də İsrail rejiminin təhdidlərinə etirazını BMT Təhlükəsizlik Şurasının sədrliyinə çatdırdıqlarını işarəd edərək, rejimin BMT-nin qurucu üzvlərindən birinə qarşı açıq və sistemli təhdidlərinin BMT Anlaşması da daxil olmaqla, beynəlxalq hüququn aşkar şəkildə pozulduğunu vurğulayaraq, İsrail rejiminin İranın nüvə proqramına qarşı terror hücumlarından məsul olduğunu bildirib. 

Teqlər