Okt 21, 2021 15:35 Asia/Baku
  • İran və Türkiyə daxili işlər nazirləri
    İran və Türkiyə daxili işlər nazirləri

İranın daxili işlər naziri öz türkiyəli həmkarı ilə görüşdə bildirib ki, ABŞ və sionist rejim region ölkələrinin əlaqələrində təxribatçı ünsürlərdir.

SəhərAzəri-nin məlumatına əsasən, O, sonra belə deyib: İran və Türkiyə mühacirətin qaydaya salınması, həmçinin mütəşəkkil cinayətlər və narkotik qaçaqmalçılığı ilə mübarizə sahələri xüsusiyyət təşkil etməklə əməkdaşlığın genişləndirilməsində bir çox mənafeyə malikdirlər.

Əhməd Vəhidi Tehranda Süleyman Soylu və onu müşayiət edən heyətlə görüşdə bildirib ki, İran və Türkiyə çox güclü və dərin əlaqələrə malikdirlər.

Vəhidi qeyd edib ki, dost və qardaş Türkiyənin daxili işlər naziri ilə görüşdə müxtəlif həmkarlıq sahələri üzrə çox yaxşı danışıqlar aparıldı.

İranın daxili işlər naziri bütün sahələrdə əlaqələri genişləndirmək üçün hər iki ölkədə yaxşı hazırlığın olduğunu vurğulayıb.

Söyləyib ki, çox sayda müştərək mövzular, o sıradan terrorizm, beynəlxalq cinayətlər və silah qaçaqmalçılığı ilə mübarizə, sərhəd mübadilələri və onun genişləndirilməsi nəzərdən keçirilib.

Vəhidi mühacirət sahəsində həmkarlıqların genişləndirilməsinin iki ölkənin maraq göstərdiyi mövzulardan olduğunu və bugünkü iclasda həmin sahələrdə əməkdaşlıqların genişləndirilməsinə ciddi şəkildə təkid edildiyini bildirib.

Vəhidi habelə bildirib ki, bugünkü iclasda ABŞ və sionist rejimin regiondakı təxribatçı rolu kimi mühüm məsələlər və bu rejimlərin region xalqları, xüsusən Əfqanıstan xalqı üçün yaratdıqları xeyli sayda problem ciddi şəkildə nəzərdən keçirilib.

Qeyd edib ki, iki ölkə strateji əlaqələrin genişləndirilməsində əzmkardır və inşaallah, bütün sahələrdə əməkdaşlığın yeni üfüqləri formalaşacaq.

İranın daxili işlər naziri qeyd edib ki, iki ölkənin daxili işlər nazirliklərinin təhlükəsizlik və nizam-intizam sahələrində əməkdaşlıq memorandumu imzalamaları Türkiyə ilə münasibətlərin daha da dərinləşməsi üçün yaxşı bir başlanğıc olacaq.

 

Teqlər