"Torpaqların işğaldan azad edilməsi dönüş nöqtəsidir"
https://azeri.sahartv.ir/news/İran-i383003-torpaqların_işğaldan_azad_edilməsi_dönüş_nöqtəsidir
İranlı deputat Azərbaycan Respublikası xalqını qələbə günü münasibətilə təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2021 09:10 Asia/Baku

İranlı deputat Azərbaycan Respublikası xalqını qələbə günü münasibətilə təbrik edib.

 SəhərAzəri-nin məlumatına əsasən, Təbrizin İran parlamenti - İslam Şurası Məclisindəki təmsilçisi, millət vəkili Ruhullah Mütəfəkkir Azad  Azərbaycan Respublikası xalqını işğal olunmuş torpaqların azad edilməsinin ildönümü münasibətilə təbrik edib.

İranlı deputat bununla bağlı rəsmi twitter səhifəsində yazıb.

O qələbə günü ilə bağlı fikirlərini belə davam edib:

“İşğal olunmuş torpaqların azad edilməsi Azərbaycan Respublikası xalqı üçün dönüş nöqtəsidir və bu mübarək hadisənin ildönümündə bu ölkənin əziz insanlarının sevincinə şərik oluruq . Ümid edirik ki, otuz illik işğal və müharibə təcrübəsi sülhün qorunması və Cənubi Qafqazda başqaların  xaos yaratmaq üçün xoşagəlməz  hərəkətlərinin qarşısının alınması üçün ibrət olacaqdır.”