BMT TŞ-nin ixtiyarları həddi-hüdudsuz deyil
-
Məcid Təxte-Rəvançi
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi deyib ki, BMT Təhlükəsizlik Şurasının ixtiyarları həddi-hüdudsuz və qanundan yuxarı deyil. Bildirib ki, bu şura ürəyi istəyən kimi və ya beynəlxalq hüquqlara məhəl qoymadan addım ata bilməz.
,SəhərAzəri-nin məlumatına əsasən
Məcid Təxte-Rəvançi BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasında islahatlar barədə belə söyləyib: Təhlükəsizlik Şurasının fəaliyyətinin dəyərləndirilməsi göstərir ki, onun həddən artıq faydasızlığı, etibar və legitimlik böhranının yaranması və bu orqana əminlik və etimadın ciddi şəkildə azalması ilə nəticələnib, həmçinin onun islah edilməsini qaçılmaz edibdir.
İran İslam Respublikasının BMT-dəki baş diplomatı sonra belə deyib: Təhlükəsizlik Şurasında islahat prosesinin yekun hədəfi, onun bütün hazırkı səmərəsizlikləri və problemlərinə baxılması və şuranın həqiqətən təsirli, şəffaf, cavabdeh və hər şeydən öncə, qanun mehvərli bir orqana çevrilməsi olmalıdır.
Təxte-Rəvançi belə əlavə edib: Biz şuradakı müxtəlif bölgələrin nümayəndələrinin hüzurunda mövcud bərabərsizliklərin aradan qaldırılması üzrə bir addım kimi onun üzvlərinin artırılmasını himayə edirik, lakin bu addımı özü-özlüyündə müstəqil bir hədəf hesab etmirik.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi sonra belə söyləyib: Hərçənd hal-hazırda şura üzvlərinin artırılması və bu addımın şuranın islahı və kəsərliliyi parametri kimi təqdim edilməsi üzərində daha artıq təmərküzləşmə üzrə səylər mövcuddur, lakin şura üzvlərinin çoxaldılması barədəki bəhs, digər məsələlərə diqqətsizlik bahasına davam edə bilməz.
Təxte-Rəvançi belə vurğulayıb: Təhlükəsizlik Şurasında islahatlar əhatəli bir proses kimi nəzərdə tutulmalıdır və onda, hər beş əsas mövzu fərziyyəyə əsasən araşdırılmalı, tam şəkildə və bir-birilə bağlı olan bir məcmuə formasında nəzərdən keçirilməlidir. Buna görə, seçimli münasibətlərin təyin edilməsindən çəkinilməlidir.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi daha sonra belə qeyd edib: İran Təhlükəsizlik Şurasında “ədalətli nümayəndəliy”in təmin edilməsinə böyük önəm versə də bu məsələni bu orqanın səmərəliliyini yaxşılaşdırmaq üçün yetərli hesab etmir.
O, əlavə edib: Hal-hazırda Qərb Təhlükəsizlik Şurasında güclü iştirak və nüfuza malikdir və üç Qərb ölkəsinin veto haqqı da var. Belə bir halda, digər coğrafi bölgələr, həm şuradakı üzvlərin sayı baxımından, həm də veto da daxil olmaqla sair imtiyazlara malik olmaq cəhətdən, qeyri-bərabər bir vəziyyətdədirlər. Bu, bölgələr arasında bərabərsizlik deməkdir.