Dek 22, 2021 14:12 Asia/Baku
  • Sanksiyanın İranın dəniz iştirakında təsiri yoxdur

İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının komandanı deyib ki, daxili bacarığa istinadla, sanksiyanın İranın dəniz iştirakında bir təsiri yoxdur.

SəhərAzəri-nin məlumatına əsasən, Kontr-admiral Şəhram İrani, İranın cənubunda yerləşən Buşehr şəhərində İran-Press müxbirilə müsahibədə belə söyləyib: Dəniz gəmiçilik mühitində sadə yerdəyişmədən əlavə, qüdrətli bir dəniz qüvvəsi təsirli də olmalıdır. Ondan ən mühümü, ordunun dəniz qüvvələri İran İslam Respublikasının başıucalığı mənbəyidir.

İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının komandanı ordunun dəniz qüvvələrinin stabil, etibarlı və yüksək hərəkət önəminə təkidlə deyib: Milli dəniz dizel motorunun düzəldilməsi o deməkdir ki, «təhdid, sanksiya və fitnəkarlığ»ın İranın dəniz iştirakında bir təsiri yoxdur.

Kontr-admiral İrani sonra söyləyib: Bu gün İran İslam Respublikası Ordusunun dəniz qoşunları elə bir zirvədə dayanıbdır ki, yerli qabiliyyətə söykənməklə dəniz mühitində hərəkət edə və təsirli iştiraka malik ola bilər.

İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının komandanı bildirib ki, milli dəniz dizel motorunun düzəldilməsi və texnologiya və sənaye sahələri üzrə iranlı mütəxəssislərin səylərilə bu sahədə mövcud olan zəiflik aradan qaldırılıb.

3600 at gücünə malik «Məkran 3600» tipli ilk milli dəniz dizel motoru dünən İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının komandanı kontr-admiral Şəhram İrani və İran İslam Respublikasının elm və texnologiya üzrə vitse-prezidenti Sorena Səttarinin iştirakı ilə Buşehrdə təqdim olunub.

 

Teqlər