Sepah generalı şəhid Süleymaninin qisasının alınacağından danışdı
Qaani: Şəhid Süleymaninin intiqamını öz üslublarımızla alacağıq
Sepahın Qüds Korpusunun kamandanı bəyan edib ki, şəhid Süleymaninin intiqamı mütləq alınacaqdır.
SəhərAzəri-nin məlumatına əsasən, İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı İsmayıl Qaani deyib: "Bizdə cinayətkarların malik olduğu üslublar yoxdur, bizim öz üslublarımız və metodlarımız var. Qasim Süleymaninin intiqamını özümüzə məxsus metodlarla alacağıq."
General Qaani qeyd edib ki, bu addım Sepah-ın özünə məxsus üslubları ilə həyata keçiriləcək.
“Müsəlmanlar və dünyanın azad insanları intiqamı alacaqlar. Elə bir intiqam alınacaq ki, ömrünüzdə eləsini görməmisiniz. Şəhid Süleymaniyə qarşı terrorda əli olanların hamısı, ABŞ-ın cani prezidentindən tutmuş, aşkarda və gizlində olan hər kəs dünyanın azad insanlarının diqqətindən yayınmayacaqlar”, deyə İsmayıl Qaani bildirib.