Xanımlar İİR banisinin amalları ilə əhd-peymanlarını təzələyiblər
https://azeri.sahartv.ir/news/İran-i385340-xanımlar_İİr_banisinin_amalları_ilə_əhd_peymanlarını_təzələyiblər
Böyük İslam Peyğəmbəri(s.ə.s)-in qızı- Həzrət Zəhra(s.ə)-nın səadətli mövludunun ildönümü günündə Tehran vilayətinin təlim-tərbiyə üzrə bir qrup qadın işçisi Həzrət İmam Xomeyni(r.ə)-in pak ziyarətgahında olub və İran İslam Respublikası banisinin amalları ilə əhd-peymanını təzələyib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Yan 23, 2022 11:47 Asia/Baku
  • Xanımlar
    Xanımlar

Böyük İslam Peyğəmbəri(s.ə.s)-in qızı- Həzrət Zəhra(s.ə)-nın səadətli mövludunun ildönümü günündə Tehran vilayətinin təlim-tərbiyə üzrə bir qrup qadın işçisi Həzrət İmam Xomeyni(r.ə)-in pak ziyarətgahında olub və İran İslam Respublikası banisinin amalları ilə əhd-peymanını təzələyib.

SəhərAzəri-nin məlumatına əsasən, Qeyd edək ki, bu gün həmçinin qadının yüksək mövqeyinin əziz tutulması həftəsinin başlanmasından başqa, həm də İmam Xomeyni(r.ə)-in xeyir və bərəkətlə dolu mövludu günüdür.

Qeyd olunan mərasimin əvvəlində Tehran vilayətinin təlim-tərbiyə üzrə bir qrup qadın işçisi İmam Xomeyni(r.ə)-in məqbərəsinə əklil qoymaqla onun amalları ilə əhd-peymanını təzələyib.

Bu gün, 1443-cü hicri qəməri il cəmadiüssani ayının 20-si, 2022-ci il yanvarın 23-ü, Böyük İslam Peyğəmbəri- Həzrət Məhəmməd Mustafa(s.ə.s)-in əziz qızı və dünya şiələrinin birinci imamı, Əmirəlmöminin Əli ibn Əbi Talib(ə)-ın həyat yoldaşı- Həzrət Zəhra(s.ə)-nın səadətli mövludunun ildönümü günüdür.