Amerikanın İrana qarşı bütün sanksiyaları ləğv edilməlidir
https://azeri.sahartv.ir/news/İran-i385518-amerikanın_İrana_qarşı_bütün_sanksiyaları_ləğv_edilməlidir
Tehranın müvəqqəti imamcüməsi Vyana müzakirələrinə işarə ilə qeyd edib ki, Amerika İrana qarşı bütün sanksiyaları tam və həmişəlik olaraq ləğv etməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2022 16:35 Asia/Baku
  • Ayətullah Seyid Əhməd Xatəmi
    Ayətullah Seyid Əhməd Xatəmi

Tehranın müvəqqəti imamcüməsi Vyana müzakirələrinə işarə ilə qeyd edib ki, Amerika İrana qarşı bütün sanksiyaları tam və həmişəlik olaraq ləğv etməlidir.

SəhərAzəri-nin məlumatına əsasən, Ayətullah Seyid Əhməd Xatəmi Tehranın buhəftəki cümə namazı xütbələrindəki çıxışında belə deyib: Amerika müzakirə deyil, qarətçilik ardıncadır. Onlar qarətçilik röyasındadırlar, amma bu, heç vaxt çin olmamış və olmayacaq bir röyadır.

Xatəmi həmçinin Yəməndəki insan faciəsinə işarə ilə deyib: Ərəbistan daima Yəməni bombalayır. Təəssüflə görürük ki, beynəlxalq islami təşkilatlar daxil olmaqla beynəlxalq təşkilatlar bu cinayət qarşısında dərin sükuta dalıblar.