Sionist rejimin baş generalı İranın PUA sahəsindəki gücünü etiraf edib
Sionist rejim qüvvələrinin keçmiş baş qərargah rəisi İranın pilotsuz uçuş aparatlarının istehsalı sahəsindəki bacarığını etiraf edib.
SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim qüvvələrinin keçmiş baş qərargah rəisi Qadi Ayzenkot deyib: "Bir neçə il əvvəl ABŞ-ın ən qabaqcıl pilotsuz təyyarələrindən biri İran üzərində vuruldu, bir il sonra biz İranda eyni model pilotsuz təyyarələri gördük; Çox oxşar və bir çox imkanlara malik olan İran istehsalı PUA-lar".
Sionist rejim qüvvələrinin keçmiş baş qərargah rəisi elə bir halda "RQ-170" tipli PUA-nın vurulmasından söz açır ki, media mənbələri bir sıra görüntülər yayımlayaraq, pilotsuz təyyarənin heç bir zərər görmədən yerə endiyini bildirmişdilər.
Qadi Ayzenkotun sözlərinə görə, Təl-Əviv general Süleymanini terror edilməsindən bir il yarım əvvəl işğal olunmuş "Coulan"a bir raket hücumundan sonra general Süleymaninin terror edilməsinə qərar verib, amma Ayzenkotun etirafına görə, rejim bunu etməkdə nakam qalıb.