Fev 14, 2022 20:04 Asia/Baku
  • Əmir Abdullahian
    Əmir Abdullahian

İranın xarici işlər naziri deyib: "Əgər Amerika tərəfi və üç Avropa ölkəsi Vyana danışıqlarında Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə qayıtmaqda ciddi olsalar, qısa müddətdə yaxşı razılaşma əldə etmək mümkündür".

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian bu gün Tehranda İrlandiyanın xarici işlər naziri Saymon Koveni ilə keçirdiyi birgə mətbuat konfransında, İran İslam Respublikasının yaxşı razılaşmaya hazır olduğunu bildirib. 

"Qərb tərəfləri danışıqlar prosesində şoka əsaslanan davranışlar, mətnlər və vaxt çərçivələri ilə məşğul olmaqdansa, nüvə sazişi üzrə öhdəliklərinə qayıtmaq üçün əsl niyyətlərini göstərməlidirlər", -deyə İranın xarici işlər naziri vurğulayıb.

İranın diplomatiya aparatının rəhbəri amerikalıların müxtəlif ölkələr və vasitəçilər vasitəsilə göndərdikləri mesajlarda razılığa gəlmək üçün xoş niyyətli olduqlarını iddia etdiklərini, lakin indiyə qədər yerlərdə heç bir yaxşı niyyət əlamətinin görünmədiyini qeyd dib.

Teqlər