Fev 17, 2022 16:46 Asia/Baku
  • Münafiqlər
    Münafiqlər

Albaniya polisi bildirib ki, terrorçu münafiqlər qruplaşması öz terrorçu üzvlərindən dörd yüz nəfərdən çoxunu qaçaq surətdə Fransaya köçürüb.

SəhərAzəri-nin məlumatına əsasən, Albaniyalı tarixçi və jurnalist Ulsi Jasxi bir tvittdə bunu bəyan etməklə yazıb: Bu, İran üçün xoş xəbər, münafiqlər qruplaşması və onun Albaniyadakı terrorçu başçısı Məryəm Rəcəvi üçün bir xəbərdir.

Albaniya polisi münafiqlər qruplaşması terrorçularından dörd yüz nəfərin Fransaya köçürülməsindən xəbərdar olmaqla Amerikanın Albainyadakı səfirliyinə bu barədə xəbərdarlıq edib.

Albaniya polisi həmçinin Amerikanın Tiranadakı səfirliyinə xəbərdarlıq edibdir ki, münafiqlər qruplaşması ehtimal üzrə çox sayda İŞİD terrorçusunu da region ölkələri vasitəsilə Avropaya köçürübdür.

Münafiqlər qruplaşması terrorçularının Albaniyadan Fransaya köçürülmələri xəbərinin yayılmasının fonunda qeyd edək ki, bundan qabaq Albaniyada çıxan «Exit» qəzeti terrorçu münafiqlər qruplaşmasının üzvlərindən bir qrupunun bu ölkədə narkotik maddələr qaçaqmalçılığı, insan alveri və çirkli pulların yuyulması cinayətləri üstündə həbs edilməsindən xəbər vermişdi.

«Exit» qəzeti rəsmi sənədlər yaymaqla bildirib ki, 2013-cü ildən Albaniyaya mühacirət etmiş münafiqlər qruplaşmasının bir qrup üzvü narkotik maddələr qaçaqmalçılığı, insan alveri və çirkli pulların yuyulması cinayətləri üstündə həbs edilib.

2021-ci ilin iyulunda da bir narkotik yükü Albaniya polisi tərəfindən aşkar və müsadirə edilmiş və bu qaçaqmalçılıqla bağlı, terrorçu münafiqlər qruplaşmasının iki məsul şəxsi- Nərgiz Əbrişəmçi və Həsən Naib ağa yaxalanmışdı.

Rəsmi məlumatlara əsasən, onlar həbs olunduqdan sonra özlərinin bu narkotik yükünün İtaliyaya köçürülməsi və təşkil edilməsindəki rollarını etiraf etmişdilər.

Mahiyyəti və hərəkətlərinin isbat edilməsinə rəğmən, terrorçu münafiqlər qruplaşması hələ də Avropa və Amerikanın geniş himayələrinə malikdir.

2013-cü ildə Amerika münafiqlər qruplaşmasından Albaniyada yerləşməsini istədi. Bu qruplaşma öncə həmin təklifi rədd etdi, amma sonda münafiqlərin üç min üzvü bu ölkəyə köçürüldü və Amerika bu terror qrupuna kömək üçün iyirmi milyon dolları BMT-nin ixtiyarına qoydu.

Terrorçu münafiqlər qruplaşması Səddamın İrana qarşı müharibəsilə bir zamanda, İranın xalqı və məsul şəxslərinə qarşı öz terror əməliyyatlarına başladı və sonra Səddamın himayəsi sayəsində İraqda yerləşdi. Bu yerləşmə Səddamın süqut etdiyi zamanadək davam etdi və qruplaşmanın üzvlərinin başlıca hissəsi 2017-ci ildə Albaniyaya köçürüldü.

 

Teqlər