Müzakirə komandası zəmanət almadan heç bir anlaşmanı qəbul etməsin
https://azeri.sahartv.ir/news/İran-i386126-müzakirə_komandası_zəmanət_almadan_heç_bir_anlaşmanı_qəbul_etməsin
İran İslam Şurası Məclisinin 250-dən çox üzvü bir bəyanatda ölkə prezidentindən istəyibdir ki, müzakirə komandası zəmanət almadan heç bir anlaşmanı qəbul etməsin.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2022 11:59 Asia/Baku
  • İran İslam Şurası Məclisi
    İran İslam Şurası Məclisi

İran İslam Şurası Məclisinin 250-dən çox üzvü bir bəyanatda ölkə prezidentindən istəyibdir ki, müzakirə komandası zəmanət almadan heç bir anlaşmanı qəbul etməsin.

 SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü Seyid Möhsün Dehnəvi məclisin bugünkü plenar iclasında parlamentin 250-dən çox üzvünün İranın müzakirələri barədə ölkə prezidenti Seyid İbrahim Rəisiyə ünvanlanmış bəyanatını qiraət edib.

Bəyanatın mühüm bəndlərində deyilir: Müzakirə komandası zəmanət almadan heç bir anlaşmanı qəbul etməsin və Amerika, həmçinin nüvə anlaşmasının əhdpozan tərəfləri İrana qarşı sanksiyaları ləğv etməlidirlər.

Bəyanatda sonra deyilir: Amerika və üç Avropa ölkəsi İran xalqı qarşısında öhdəlik götürməlidirlər ki, insan hüquqları, raket, terrorizm və nüvə üzrə puç bəhanələrlə İran xalqına qarşı sanksiyaları ləğv edəcəklər. O cümlədən AYSA, KATSA və U-Turn sanksiyaları ləğv olunmalıdır.