Qəribabadi Avropanı tənqid edib
İranın məhkəmə hakimiyyəti sədrinin beynəlxalq məsələlər üzrə müavini və insan hüquqları qərargahının katibi avropalı ölkələrin və şirkətlərin xüsusən talasemiya və «epidermoliz bülloza” xəstələrinə qarşı dərman sanksiyalarına israr etmələrini tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Kazım Qəribabadi Cenevrədə İnsan Hüquqları Şurasının 49-cu yığıncağının kənarında Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom ilə görüşdə avropalı ölkələrin və şirkətlərin dərman sanksiyalarına israr etmələrini ciddi surətdə tənqid edib.
Qəribabadi Ümumdünya Səhiyyə Təşkilatının baş direktorundan istəyibdir ki, məsələyə müdaxilə etsin.
İranın insan hüquqları qərargahının katibi həmçinin sübut olunmuş yüksək keyfiyyətləri və rəqabət qiymətlərinə görə, ehtiyaclı ölkələrə yardım istiqamətində beynəlxalq bazara daxil olmaları üçün İran vaksinləri- “Kovo Bərəkət” və “Spaykojen”in qeydə alınmaları prosesinin sürətləndirilməsini istəyib.
İranın kovidin idarə olunması və daxili vaksin istehsalı sahəsindəki səy və uğurlarını alqışlayan Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru da qeyd edibdir ki, İranda peyvəndin vurulması göstəricisi, həmçinin ölkədəki xarici mühacirlərin vaksinasiyası sabitləşibdir.