Mart 24, 2022 11:47 Asia/Baku
  • Əmir-Abdullahiyan: Öz qırmızı xətlərimizdən keçməyəcəyik!

«Amerikaya açıq şəkildə demişik ki, öz qırmızı xətlərimizdən keçməyəcəyik». Bunu, İran İslam Respublikasının xarici işlər naziri vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahian dünən Dəməşqdə öz suriyalı həmkarı Feysəl Əlmiqdadla görüşdə deyib: Əgər Amerika gerçəkcəsinə davranarsa, yaxın gələcəkdə Vyanada nüvə anlaşması üzrə birgə komissiyaya üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə anlaşmanı yekunlaşdırmağa hazırıq.

İranın xarici işlər naziri əlavə edib: Dəməşqdə Suriyanın prezidenti Bəşşar Əsəd, xarici işlər naziri Feysəl Əlmiqdad və milli təhlükəsizlik ofisinin sədri Əli Məmlukla çox yaxşı və mühüm danışıqlar aparıb, son ikitərəfli, regional və beynəlxalq hadisələri nəzərdən keçirdik.

Əmir-Abdullahian həmçinin deyib: Bəzi ərəb ölkələrinin yeni bir yanaşmada Suriya ilə münasibətlərini adiləşdirmələrini alqışlayır və bu məsələyə sevinirik.

Teqlər