Apr 13, 2022 15:04 Asia/Baku
  •  İbrahim Əzizi
    İbrahim Əzizi

İran İslam Şurası Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini deyib: Amerikalılar nüvə anlaşması məsələsində qərarçıxarma zəifliyinə görə, çox danışmağa və bəhanə axtarmağa məcbur olub, müzakirələri dayandırıblar.

SəhərAzəri-nin məlumatına əsasən, İbrahim Əzizi «Xaneye Mellət» informasiya agentliyilə müsahibədə vurğulayıb: Amerikalılar müzakirələrdə yaranmış dayanma ilə bağlı günahkar axtarırlar.

Əzizi əlavə edib: İran İslam Respublikasının müzakirələrdəki təklifi əvvəldən aydın idi- konkret strategiyalara əsasən, Vyana gedib/ və əsla müzakirələrdən qaçmayıb, zira İranın məntiqi, düzgün və prinsipial olub. Dünya bilirdi ki, İranın fəaliyyəti şəffaf və prinsipialdır, amma amerikalıların,/ nüvə anlaşmasından çıxdıqları gündən, ümumi fikrə heç bir cavabları yox idi. Onlar çaş-başlığa düşüb və bu cür də qalacaqlar.

İran İslam Şurası Məclisinin üzvü deyib: Müzakirələrə hakim kəsilmiş vəziyyətdə müqəssir, amerikalıların qərarçıxarmadakı zəiflikləri və qaydasızlıqlarıdır. Onlar tamahkarcasına Vyana müzakirələrinin yeni mərhələsinə qədəm qoyublar.

 

Teqlər