Apr 21, 2022 18:31 Asia/Baku
  • Səid Xətibzadə
    Səid Xətibzadə

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əfqanıstanın müxtəlif şəhərlərində partlayışların təkrarlanması barədə yayılan xəbərlərə əsasən, İranın bu kədərli hadisələrdən narahat olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə bu gün, mübarək Ramazan ayında həyata keçirilən və insanların məscidlərdəki geniş iştirakı ilə eyni zamana düşən kor-koranə terror hərəkətlərinə işarə ilə Əfqanıstanda bu terror hərəkətləri nəticəsində oruc namazqılanların hədəfə alınmalarını mənfur hərəkət adlandırıb.

Məzar-Şərifdə baş verən partlayışlardan birində günahsız əhalidən onlarla nəfərin ölməsi və yaralanmasına dair media məlumatlarına işarə edən Xətibzadə bu hücumların qurbanlarının ailələri üçün səbir və təmkinlilik, yaralılar üçün isə sağlamlıq və şəfa diləyibdir.

 

Teqlər