Sanksiyalar İran QAC-ın humanitar fəaliyyətləri üçün böyük maneədir
https://azeri.sahartv.ir/news/İran-i388882-sanksiyalar_İran_qac_ın_humanitar_fəaliyyətləri_üçün_böyük_maneədir
İranın Qırmızı Aypara Cəmiyyətinin sədri İran İslam Respublikasına qarşı sanksiyaların İranın Qırmızı Aypara Cəmiyyətinin humanitar fəaliyyətləri üçün böyük bir maneə olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2022 13:33 Asia/Baku
  • Sanksiyalar İran QAC-ın humanitar fəaliyyətləri üçün böyük maneədir

İranın Qırmızı Aypara Cəmiyyətinin sədri İran İslam Respublikasına qarşı sanksiyaların İranın Qırmızı Aypara Cəmiyyətinin humanitar fəaliyyətləri üçün böyük bir maneə olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Pir Hüseyn Kulivənd İran Qırmızı Aypara Cəmiyyətinin yaradılmasının yüzüncü ildönümü münasibətilə keçirilən mərasimdə dünyadakı milli cəmiyyətlərin birliyi və həmkarlıqlarını dünyada zərərçəkənlər və ehtiyaclıların problemləri üzərində qələbə yolu adlandırıb və belə deyib: İranın Qırmızı Aypara Cəmiyyəti inanır ki, Qızıl Xaç və Qırmızı Aypara Cəmiyyətləri, eləcə də humanitar müəssisə və təşkilatlar arasında həmkarlıq və həmrəyliklər də bütün dünyada insan ləyaqətinə hörmətdə və onun yüksəldilməsində təsirli rol oynaya bilər.