Şəhid Xudayinin intiqamını alacağıq
Şəhid Həsən Səyyad Xudayinin qanının intiqamını sionist rejimdən alacağıq.
SəhərAzəri-nin məlumatına əsasən, Bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı vurğulayıb.
General-mayor Hüseyn Salami şəhid Həsən Səyyad Xudayinin ailəsilə görüşdə deyib: Şəhid Xudayi naməlum bir şəxs olduğu və xalqın onu tanımadığı bir halda, Allahın izni ilə qəflətən dünyada partlayış baş verdi və şəhid Xudayi günəş kimi dünyanın zirvəzində parladı.
Bu şəhidin əzəməti o qədərdir ki, düşmən onu şəhid etməklə özünü qalib fərz edir- deyən Sepah-ın baş komandanı əlavə edib: Ağ Evin və Təl-Əvivin mərkəzindən olan düşmənlər şəhid Səyyad Xudayini bir nöqtədə şəhid etmək üçün aylar və illərlə onu təqib etdilər.
Hərəm müdafiəçisi polkovnik pasdar Həsən Səyyad Xudayi bazar günü Tehranda dünya imperializminin tabeliyində olan amillər və əks-inqilabçıların terror cinayəti hədəfinə çevrildi və şəhid edildi.