Əmir-Abdullahiyan Hindistan rəsmisilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i389930-Əmir_abdullahiyan_hindistan_rəsmisilə_görüşüb
İranın xarici işlər naziri Hindistan milli təhlükəsizlik müşaviri ilə iki ölkə həmkarlıqlarının genişləndirilməsi haqda söhbət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2022 13:12 Asia/Baku
  • Əmir-Abdullahiyan Hindistan rəsmisilə görüşüb

İranın xarici işlər naziri Hindistan milli təhlükəsizlik müşaviri ilə iki ölkə həmkarlıqlarının genişləndirilməsi haqda söhbət edib.

SəhərAzəri-nin məlumatına əsasən, Bu günün səhər saatlarında bir nümayəndə heyətilə Dehliyə daxil olan Hüseyn Əmir-Abdullahiyan Hindistanın milli təhlükəsizlik müşaviri Acit Duval ilə görüşüb və onunla ikitərəfli əlaqələr və tərəfləri maraqlandıran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Əmir-Abdullahiyan bu gün Hindistanın baş naziri və xarici işlər naziri ilə də görüşəcək.

İranın diplomatiya aparatının başçısı Hindistana daxil olarkən IRIB müxbiri ilə müsahibədə əlavə edib: Hindistan rəsmilərilə müzakirələrdə əsas iş gündəmi, iki ölkə arasındakı uzunmüddətli əməkdaşlıqların yol xəritəsinin yekunlaşdırılmasıdır.