İyun 17, 2022 15:15 Asia/Baku
  • Seyid İbrahim Rəisi
    Seyid İbrahim Rəisi

İran İslam Respublikasının prezidenti deyib: Cihad hərəkətinə söykənməklə sanksiyalardan çıxış yolunu seçmiş və məhdudiyyətlərin yaranmasına mane olmuşuq.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bu gün Tehranda «Cihad və İnkişaf Özəkləri» adlı xalq toplantısında bildirib ki, İran İslam İnqilabının Böyük Rəhbəri həmişə cihad hərəkətlərinə təkid ediblər.

Əgər biz sanksiyalardan çıxış yolunu izləyə bilmişiksə, bu, cihad hərəkəti olubdur- deyən Rəisi çıxışının digər bir hissəsində söyləyib: Amerikalıların özləri bildiriblər ki, maksimum təzyiqdə məğlub olublar. Bu, o deməkdir ki, İslam İnqilabı qələbə və tərəqqi yolunu, Amerika isə tənəzzül və acizlik yolunu gedir.

Sanksiyaları zərərsizləşdirmək gərəkdir- deyən İran İslam Respublikasının prezidenti söyləyib: Təəccüb edirəm ki, amerikalılar bir tərəfdən, İranla razılaşmaya hazır olduqlarını bildirirlər, digər tərəfdən isə sanksiyalar siyahısını genişləndirirlər.

Rəisi əlavə edib: Amerikaya etimad etmədiyimizi bildirməyimizə görə, dünya bizə haqq verməlidir ki, biz bunlara inanmırıq. Bunlar əhdpozandırlar.

 

Teqlər