Enerji daşıyıcılarının birgə işlənməsi
Ovci Azərbaycanla İran arasında birgə komissiyanın yaradılmasından danışdı
İran İslam Respublikası Xəzər dənizində bəzi yataqların işlənməsi üçün Azərbaycan Respublikası ilə birgə komissiya yaradacaq.
SəhərAzəri-nin məlumatına əsasən, bu sözləri İranın neft naziri Cavad Ovci jurnalistlərə açıqlamasında deyib. O qeyd edib: "Xəzər dənizindəki bəzi yataqların işlənilməsi üçün Azərbaycan Respublikası ilə birgə komissiyanın yaradılması haqqında razılıq əldə etmişik."
İran neft nazirinin sözlərinə görə, enerji daşıyıcılarının birgə işlənməsi, hasilatı və ixracı hər iki dövlətin maraqlarına cavab verir. İran və Azərbaycan şirkətlərinin bu sahədə böyük təcrübəsi var. Hər iki ölkənin neft və qazla zəngin olması əməkdaşlıq əlaqələrinin inkişafını şərtləndirir. İran yaxın qonşuları ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır.
"Azərbaycan da İranın yaxın qonşusu və dost dövlətdir. Hər iki ölkənin böyük potensialı var və bu potensialdan istifadə etmək zəruridir", - deyə o əlavə edib.
Enerji daşıyıcılarının birgə işlənməsi, hasilatı və ixracı hər iki dövlətin maraqlarına cavab verir.