İyun 24, 2022 12:00 Asia/Baku
  • voleybol
    voleybol

İran İslam Respublikasının milli voleybol komandası dünən voleybol üzrə millətlər liqasının 2022-ci il dünya çempionatının ikinci həftəsinin ikinci görüşündə Amerika ilə qarşılaşıb və bu komandanı qətiyyətlə məğlub edibdir.

SəhərAzəri-nin məlumatına əsasən, Bolqarıstanın Sofiya şəhərində keçirilən görüş Bakı vaxtı ilə saat 21-00-da başlanıb.

İran millisi 25-18, 29-27 və 27-25 hesabları ilə hər üç setdə Amerika millisini məğlub edibdir.

Türkiyəli Akınsi Erdal birinci hakim, ispaniyalı Fernandes Fontes Devid isə ikinci hakim kimi bu matçı idarə ediblər.

Amerika bu görüşdən öncəyədək voleybol üzrə millətlər liqasında məğlub olmamış yeganə komanda idi.

İranın kişi voleybolçuları bu gün voleybol üzrə millətlər liqasının 2022-ci il dünya çempionatının ikinci həftəsinin üçüncü görüşündə Braziliya yığması ilə qarşılaşacaq.

 

Teqlər