İyul 13, 2022 18:52 Asia/Baku
  • İran UKrayna müharibəsində tərəflərin heç birinə silah vermir

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn-Əmir Abdullahian Ukraynada gərginliyin daha da artmasına səbəb olmamaq üçün İranın Rusiyaya silah tədarük etməyəcəyini deyib. O, bu barədə İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib.

“Rusiya ilə müdafiə sahəsində sazişlərimiz var, lakin bu müharibədə iştirak edən tərəflərin heç birinə kömək etməyəcəyik”, - deyə İranın xarici işlər naziri qeyd edib.

O bunları Ağ evin Milli Təhlükəsizlik üzrə müşaviri Cik Salivanın son bəyanatı ilə bağlı verilən suala cavabda deyib. Salivan İranın Rusiyaya Ukrayna müharibəsinə istifadə etməsi üçün yüzlərlə PUA vermək niyyətində olduğunu iddia etmişdi.

İİR XİN rəhbəri İranın müharibənin sona çatmasının tərəfdarı olduğuna görə müharibə tərəflərinin heç birinə silah verməyəcəyini vurğulayıb.

Əmir Abdullahian Ukrayna müharibəsi ilə bağlı qərb dövlətlərinin mövqelərini kəskin tənqid edib: “Mənə elə gəlir ki, hal hazırda problem başqa yerdədir. Bəzi qərb ölkələri və o sıradan Amerika silah istehsalı və satışını düşünürlər.

İranın xarici işlər naziri deyib: “Biz qarşıdurmanı daha da artıracaq hərhansı hərəkətdən çəkinməyə və müharibənin dayandırılmasına səy göstəririk.

 

 

 

Teqlər