İyul 18, 2022 19:28 Asia/Baku
  • Hüseyn Əmir Abdullahian
    Hüseyn Əmir Abdullahian

İranın xarici işlər naziri bildirib ki, sabah Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin iştirakı ilə Astana Sülh Prosesi kimi tanınan Suriyada sülhün təminatçısı ölkələrin liderlərinin zirvə toplantısı keçiriləcək.

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib: "İran, Türkiyə və Rusiya prezidentləri arasında Tehranda keçiriləcək Astana danışıqlarının əsas mövzusu Suriyada münaqişə zonalarında gərginliyin azaldılması və bu ölkədə sabitliyin qorunmasıdır".

Əmir Abdullahian Suriya ilə Türkiyə arasında yaranan yeni təhlükəsizlik böhranının idarə olunmasının vacibliyini bildirərək,  Ankara və Dəməşqə səfəri zamanı İran İslam Respublikası prezidentinin bu mövzuda mesajını çatdırdığını bildirib.

İranın xarici işlər naziri qeyd edib ki, Türkiyə tərəfi Suriya sərhədləri daxilində 30 kilometr dərinliyə qədər hərbi əməliyyatların keçirilməsi ehtimalından danışır və İran bu böhranı siyasi yollarla həll etməyə çalışır.

Əmir Abdullahian əlavə edib: "Münaqişə bölgələrində gərginliyin azaldılması, suriyalı qaçqınların geri qayıtması, Suriyanın sabitlik və təhlükəsizliyinə kömək məsələsi bu üçtərəfli görüşün gündəmindədir".

Astana müzakirələri Astana danışıqları 2017-ci ilin yanvar ayından Suriyada sülhün bərqərar olması məqsədi ilə İran İslam Respublikasının təşəbbüsü və Rusiya və Türkiyənin əməkdaşlığı ilə başlayıb.

İran, Türkiyə və Rusiya Astana prosesinin qarantı kimi Suriya böhranını həll etməyə çalışırlar.

Suriya böhranı 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və onların müttəfiqləri tərəfindən dəstəklənən terrorçu qrupların region parametrlərini sionist rejimin xeyrinə dəyişmək üçün bu ölkəyə geniş hücumu ilə başlayıb.

Teqlər