Amerika İranla əlaqə bəhanəsi ilə altı şirkətə sanksiya tətbiq edib
https://azeri.sahartv.ir/news/İran-i391758-amerika_İranla_əlaqə_bəhanəsi_ilə_altı_şirkətə_sanksiya_tətbiq_edib
Amerika İranla əlaqədə olmaq bəhanəsi ilə altı şirkəti və bir gəmini sanksiya edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2022 08:22 Asia/Baku
  • Amerika İranla əlaqə bəhanəsi ilə altı şirkətə sanksiya tətbiq edib

Amerika İranla əlaqədə olmaq bəhanəsi ilə altı şirkəti və bir gəmini sanksiya edib.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika xəzinədarlıq nazirliyi bazar ertəsi günü İranın neft-kimya sənayesi şirkətilə əlaqədə olmaq bəhanəsi ilə əmirliklərdə yerləşən “Blukaktus” ağır avadanlıq və maşın hissələri ticarəti şirkəti, Çində yerləşən “Ferrol Kanyon” şirkəti, “Golden Warrior Shipping” gəmiçilik şirkəti və “Şokufi” beynəlxalq ticarət şirkəti, həmçinin Sinqapurda yerləşən “Pioneer Shipping Management” gəmiçilik idarəetmə şirkəti və Malayziyada yerləşən “Zenfer” ticarət şirkətini sanksiyalar siyahısına daxil edib.

Panama bayrağı altında olan “Glory Harvest” neft tankeri də İranın neft-kimya sənayesi şirkətilə əlaqədə olmaqda ittiham edilən Çində yerləşən “Golden Warrior Shipping” gəmiçilik şirkətilə əlaqədə olmaq bəhanəsi ilə Amerika xəzinədarlıq nazirliyinin sanksiyalar siyahısına daxil edilibdir.