Avq 14, 2022 11:21 Asia/Baku
  • İrana və iranlılara qarşı təhdid dilindən istifadə, nəticə verməyəcək

İranın xarici işlər naziri bir tvittdə yazıb: Ağ Evə xatırlatmaq lazımdır ki, İran və iranlılara qarşı təhdid dilindən istifadə etməkdən heç bir nəticə əldə etməyəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan bu tvittdə əlavə edib: Ağ Ev-in günahı başqasının boynuna atması, onların İran və region xalqlarından minlərlə nəfərin həyatına qarşı çoxsaylı terror cinayətləri törətmək üzrə məsuliyyətləri və cavabdehliklərini aradan qaldırmır.

İran İslam Respublikasına qarşı zalımcasına və qeyri-qanuni sanksiyaların aradan qaldırılması üzrə müzakirələrin yeni mərhələsi təxminən beşaylıq fasilədən sonra ötən cümə axşamı günü Avstriya paytaxtında başlanıb.

Danışıqlar elə bir halda həlledici mərhələlərə çatıbdır ki, finiş xəttinə və yekun razılaşmaya çatmaq, nüvə anlaşmasını pozan tərəf kimi Qərbin, xüsusən də Amerika Birləşmiş Ştatlarının siyasi qərarlarını gözləyir.

Bu danışıqlar İranın müzakirə komandasının təşəbbüsləri nəticəsində müəyyən irəliləyişlərə malik olub, amma Co Bayden hökumətinin Amerikanın bundan öncəki hökumətinin qanunsuz hərəkətlərinin əvəzini ödəməyi ləngitməsi və maksimum təzyiq kampaniyasının davam etməsi, bu ölkənin nüvə anlaşmasına qayıtmaq sahəsində ciddi olmasına qarşı şəkk-şübhələrə və danışıqlar prosesinin uzanmasına gətirib çıxarıbdır.

 

Teqlər