Nasir Kənani:
"ABŞ dövləti müstəqil ölkələrə qarşı müdaxil etməkdə rekord vurub"
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ABŞ dövlətinin müstəqil ölkələr və dövlətlərə qarşı müdaxilə və hərbi çevrilişdə rekord vurduğunu deyib.
SəhərAzəri-nin məlumatına əsasən,bu gün 19 avqust 28 murdad ABŞ dövlətinin 1953-cü milad ilində İran dövlətinə qarşı çevriliş həyata keçirməsinin ildönümü gününə təsadüf edir.
1953-cü milad ili avqustun 19-da İranın zalım şahlıq rejiminin ordu qüvvələri , ABŞ və İngiltərə ilə birgə əməkdaşlıq çərçivəsində İranın Məhəmməd Müsəddiq hökumətini devirərək bir daha Məhəmmədrza Pəhləvinin şahlığını təmin etdilər.
Bu gün ABŞ-ın İrana qarşı dövlət çevrilişinin ildönümü günündə İranın XİN sözçüsü Nasir Kənani Çafi bir tvittdə yazıb: ABŞ dövləti müstəqil ölkə və dövlətlərə qarşı müdaxilə, hərbi hücum və dövlət çevrilişi sahəsində rekorda malikdir.
İranın XİN sözçüsü Tvitterdə yazıb: " 1332-ci günəş ili 28 murdadda İranın milli hökumətinə qarşı dövlət çevrilişi ABŞ-ın bu sahədəki qara tarixinin bariz nümunəsidir."
" Görən ABŞ dövləti İrana qarşı səhv və məğlubiyyətə uğramış siyasətini düzəldə və İran xalqının qanuni hüquqlarına hörmətlə yanaşacaqmı?",-Kənani Çafi Tvitterdə yazıb.