Agentlikdə İranın işi bağlanmadan razılığa çatmaq mümkün deyil
https://azeri.sahartv.ir/news/İran-i393386-agentlikdə_İranın_işi_bağlanmadan_razılığa_çatmaq_mümkün_deyil
Agentlikdə İranın işi bağlanmadan nüvə razılaşmasına çatmaq mümkün deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 21, 2022 08:16 Asia/Baku
  •  İran və Fransa
    İran və Fransa

Agentlikdə İranın işi bağlanmadan nüvə razılaşmasına çatmaq mümkün deyil.

SəhərAzəri-nin məlumatına əsasən, Bu sözləri vurğulayan İran İslam Respublikasının prezidenti deyib ki, Avropa öz siyasətlərinin Amerikadan müstəqil olduğunu göstərməlidir.

Fransa prezidenti Emmanuel Makronla görüşdə İranın ədalətli və davamlı razılaşma əldə etməyə hazır olduğunu vurğulayan Ayətullah Seyid İbrahim Rəisi bu razılaşmanın əldə edilməsinə lazım olan məsələni, əminlik yaradan zəmanətlər və İranla bağlı qarant işlərinin bağlanması adlandırıb.

İran prezidenti deyib: İran və Fransa arasındakı əməkdaşlıq və əlaqələr səviyyəsi yüksələ bilər. Bununla yanaşı, Avropa əməldə öz siyasətlərinin müstəqil olduğunu və Amerikanın tələb və siyasətlərinə tabe olmadığını göstərməlidir.

Ayətullah Rəisi bu görüşdə Amerikanın nüvə anlaşmasından çıxması və öhdəliklərini pozmasına, həmçinin İranın anlaşmadan iqtisadi mənfəət götürməsi istiqamətində avropalıların öz öhdəliklərini yerinə yetirməmələrinə işarə ilə əlavə edib: Amerikanın anlaşmadan birtərəfli şəkildə çıxması və ondan irəli gələn xəsarətlərə görə, İran İslam Respublikasının əminlik yaradan təzminatlar almağa dair tələbi tamamilə aqilanə və məntiqli bir tələbdir.

Bu görüşdə Makron cari müzakirələr üzrə təkliflər irəli sürüb və belə etiraf edib: Bu, bir reallıqdır ki, agentlik mövcud şəraitdə İranın öz öhdəliklərini tam şəkildə yerinə yetirdiyini elan etdi.