Qum Dini Elmlər Hövzəsi ruhaniləri son iğtişaşlara qarşı etiraz aksiyası keçiriblər
https://azeri.sahartv.ir/news/İran-i393496-qum_dini_elmlər_hövzəsi_ruhaniləri_son_iğtişaşlara_qarşı_etiraz_aksiyası_keçiriblər
Tehranın cənubunda yerləşən Qum şəhərinin Dini Elmləe Hövzəsinin ruhaniləri və tələbələri etiraz aksiyası keçirərək, İslam müqəddəslərinə hörmətsizliyi və son iğtişaşları qınayıblar.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Sen 24, 2022 17:47 Asia/Baku
  • Qum Dini Elmlər Hövzəsi ruhaniləri son iğtişaşlara qarşı etiraz aksiyası keçiriblər

Tehranın cənubunda yerləşən Qum şəhərinin Dini Elmləe Hövzəsinin ruhaniləri və tələbələri etiraz aksiyası keçirərək, İslam müqəddəslərinə hörmətsizliyi və son iğtişaşları qınayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, etiraz aksiyası iştirakçıları "Amerikaya ölüm", "İsrailə ölüm", "münafiqə ölüm", "iğtişaşçıya ölüm" şüarları ilə son iğtişaşların səbəbkarlarına qarşı qəti addım atmağa çağırıblar.

İslam Şurası Məclisində Qum şəhərini təmsil edən deputat Müctəba Zonnuri bu şəhər əhalisinin toplantısında ölkənin bəzi şəhərlərində baş verən son hadisələrə toxunaraq deyib: "Bu ilk dəfə deyil ki, İslam İnqilabının düşmənləri fitnə törədirlər. Bu qarşıdurma tarix boyu həmişə olub".

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü əlavə edib: "Bəziləri düşmənin bu aldadıcı tələsinə düşsələr də, fitnə tozu çökdükdən sonra xalqın sıralarına qayıdacaqlar".