SEPAH İraqdakı separatçı qrupların mövqelərini atəşə tutub
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yeni hücumunda İraqın Kürdüstan bölgəsində ölkənin şimal-qərb sərhədləri yaxınlığında fəaliyyət göstərən terrorçu qrupların mövqelərini hədəfə alıb.
SəhərAzəri-nin məlumatına əsasən, İrana qaşı olan terrorçuların və separatçıların sığınacağınq çevrilən İraqın Kürdüstan bölgəsində mövcud olan terror qruplaşmalarının İran əleyhinə hərəkatlarının artması fonunda İslam İnqilabı Keşikçiləri Korpusu bu qruplara qarşı yeni hücumlar həyata keçirib.
İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının Həmzeyi Seyyidüş-Şühəda qərargahı ötən günlərdə də separatçı terrorçuların bazalarını raket və pilotsuz təyyarələrlə atəşə tutub.
İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı, briqada generalı Məhəmməd Pakpur İraqın şimalındakı Kürdüstan bölgəsinin hakimiyyət orqanlarının əks-inqilabçı terror qrupları və İran İslam Respublikasına qarşı fitnəçilər haqqında qərar verməsinin vacibliyinə toxunaraq, vurğulayıb: "İslam döyüşçülərinin əməliyyatı İraqın Kürdüstan bölgəsində yuva salmış əks-inqilabçılar və separatçı terrorçular tam tərksilah edilənə qədər davam edəcək".