Okt 12, 2022 12:40 Asia/Baku
  • Əmir-Abdullahiyan Avropaya xəbərdarlıq edib

Fransanın xarici işlər naziri ilə telefon söhbətində Avropanın İranın daxili işlərinə qarışmasını tənqid edən İranın xarici işlər naziri bu prosesin davam etməsi haqda Katrin Kolonnaya xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan dünən Katrin Kolonna ilə telefon söhbətində qeyd edibdir ki, əgər Avropa Birliyi məhdudlaşdırıcı addımlar atarsa, Tehran da qarşılıqlı addımlar atacaq.

Bu söhbətdə qarşılıqlı maraqlar və hörmətin/ əlaqələrə hakim kəsilməsi haqda razılığa gəldik- deyə, Əmir-Abdullahiyan bildirib.

Məhsa Əmininin vəfat etməsi bəhanəsilə İranda iğtişaşlara start verilməsindən sonra nüvə anlaşmasının üç avropalı üzvü- İngiltərə, Fransa, Almaniya da Amerika ilə yanaşı hərəkət edib, iğtişaşçılara dəstək istiqamətində meydana girdilər. Onlar bu istiqamətdə nəinki müdaxilə mahiyyətli bəıyanatlar yaydılar, həm də sanksiyalar tətbiq etməkdən söz açdılar. Bu arada, ötən bazar ertəsi günü İngiltərə İranın təhlükəsizlik və siyasi rəsmilərindən bir neçəsinə və bir orqana qarşı sanksiyaları icraya qoydu.

Almaniya xarici işlər nazirliyindəki bir mənbə də bu haqda bildiribdir ki, Almaniya, Fransa, Danimarka, İspaniya, İtaliya və Çexiya Respublikası Avropa Birliyinin İrana qarşı yeni sanksiyalarını tətbiq etmək üçün on altı təklif təqdim ediblər və birliyə üzv ölkələrin xarici işlər nazirləri oktyabrın on yeddisində keçiriləcək iclasda yeni sanksiyalar haqda qərar çıxarmalıdırlar.

 

Teqlər