40 illik irəliləyişlər inqilabın təhlilinin düzgünlüyünü göstərir
İslam İnqilabının Böyük Rəhbəri İranın bir qrup nümunəvi elm istedadı və gənc elitası ilə görüşdə, ölkənin 40 illik irəliləyişlərinin/ qərbpərəstlərin analizləri qarşısında/ inqilabın təhlilinin düzgünlüyünü göstərdiyini bildiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahuluzma Xamenei bu görüşdə qərblilərin inqilabın əvvəlindən bu günədək olan «İslam Respublikasının məhvolmaya doğru getməsi»nə dair ardıcıl təbliğatlarına işarə ilə deyiblər: Onlar bu iddia üçün zaman da təyin edirdilər və hər dəfə deyirdilər ki, bir ay sonra, bir il sonra və ya beş il sonra İslam Respublikasının işi bitəcək. Bir qrup şəxs də ölkə daxilində ya qəflətə qapılmaq üzündən, ya da ki, bədxahlıq cəhətdən bu iddiaları yayırdı.
Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Biz təslim olmadıq, dayandıq və inşaallah, dayanmaqda davam edəcəyik.
İnqilab Rəhbəri bu sahədə iki təhlil sisteminin mövcud olmasına işarə ilə deyiblər: Bir təhlil sistemi bu qənaətdədir ki, əhatəli beynəlxalq normalar və bu normalardan irəli gələn Amerika kimi güclər qarşısında dayanmaq faydasızdır və məhvolmaya gətirib çıxaracaq. Bu şəxslər dünya və realllıqlar barədə başqa bir analizə malik olan şəxsləri də illüziyalara düçar edirlər.
Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Amma ikinci realcasına təhlil buna əsaslanır ki, reallıqlar məcmuəsini təkcə yaxşı reallıqlarda deyil, pis reallıqlarda da görür və ona əsasən, hərəkət edir.
O həzrət vurğulayıblar: Amma diqqət çəkən reallıq budur ki, İslam Respublikası, karvanın sonundan başladığı sıçrayışlı hərəkətini davam etdirdi və bu gün karvanın önünə yaxınlaşıb və ona çatıbdır.
İnqilab Rəhbəri vurğulayıblar: Bizim universitet işçilərimiz ölkənin qərblilərə möhtac qalmasına icazə vermədilər.
O həzrət ölkə istedadları və alimlərinin iftixarlarından bəzi güşələrin şərhində Royan araşdırma mərkəzinin kök hüceryrələr, canlı heyvanın simulasiyası, biokimya sahəsindəki irəliləyiş, süni peykin kosmosa göndərilməsi və orbitdə yerləşdirilməsi, nüvə sənayesindəki əsaslı nailiyyətlər, korona peyvəndi daxil olmaqla mürəkkəb peyvəndlərin istehsalı, raket və PUA sənayesindəki heyrətləndirici irəliləyişlər kimi uğurlu araşdırmalar və nailiyyətlərə işarə ediblər.