Okt 22, 2022 18:46 Asia/Baku
  • Livanda İnqilab Rəhbərinin xatirələri kitabı yenidən təqdim olunub

İranın Beyrutdakı mədəniyyət mərkəzi fars dilinə maraq göstərən gənclərin və Livanda fars dilini öyrənənlərin həmkarlığı ilə İslam İnqilabının Böyük Rəhbərinin/ özlərinin buyurduqları xatirələr məcmuəsi- «Ləl-cəvahirata çevrilən ürək döyüntüsü» kitabını yenidən oxuculara təqdim edib.

SəhərAzəri-nin məlumatına əsasən, əvvəlcə bu kitabın/ Həzrət Ayətullahuluzma Xameneinin Pəhləvi rejiminə qarşı mübarizə dövrü barədə, o həzrətin özü tərəfindən ərəb dilində bəyan edilmiş xatirələrinə şamil olan «انّ مع الصبر نصرا» adlı ərəbcə variantı 2018-ci ilin fevralın yeddisində, İslam İnqilabının qırxilliyi şənliyi münasibətilə Beyrutda keçirilən «40 bahar» sərgisində təqdim olunmuşdu.

Seyid Həsən Nəsrullah kitabın təqdimatı mərasimində deyib: "Bu kitab, Həzrət Ayətullahuluzma Xameneinin,/ o həzrətin və İmam Xomeyni(r.ə)-in köməkçilərindən bir çoxunun inqilab zamanı çəkdikləri əzab-əziyyətlər, ağrılar, iztirablar və böyük keçmişlər barədəki təcrübələrinə əsaslanan şəxsi yaddaşları kitabıdır".

Kitabın «Ləl-cəvahirata çevrilən ürək döyüntüsü» adlı farcsa variantı da ərəbcə variantdan iki ay sonra nəşr olunub.

Uşaqlıq günləri və təhsil illərindən tutmuş bir döyüşçü kimi tağut rejiminə qarşı fəaliyyətlərinin başlanması, sonra isə toqquşmalar və həbsolunmalaradək olan xatirələrin o həzrətin öz qələmi ilə nəql edilməsi, bu kitabın, inqilabdan öncəki mübarizələr barəsində qələmə alınmış digər xatirələrdən fərqlənməsinə səbəb olub.

Teqlər