İranda general Qasim Süleymaninin ildönümü qeyd olunur
Şəhidin xatirinə üç min məhbus əfv edildi
Yan 03, 2023 19:14 Asia/Baku
Şəhid general Qasim Süleymaninin şəhadətinin üçüncü ildönümü ilə əlaqədar İranda üç min civarında məhbus əfv edilib.
Bu barədə ölkənin Məhkəmə Hakimiyyətinin sədri Möhsini Ejeyi məlumat verib.
Bildirilib ki, şəhid Qasim Süleymaninin üçüncü ildönümündə müxtəlif əyalətlərdə üç min məhbusun sərbəst buraxılması barədə göstəriş verilib.
Qeyd edək ki, bu gün mərhum generalın şəhadətinin üçüncü ildönümüdür. Paytaxt Tehran və mərhumun doğulduğu və dəfn edildiyi Kerman başda olmaqla, ölkənin bütün bölgələri ildönümü ilə əlaqədar tədbirlərin şahididir.