Yan 23, 2023 18:47 Asia/Baku
  • Qalibaf Rusiya Dövlət Dumasının sədrini rəsmi qarşılayıb

İran parlamenti-İslam Şurası Məclisinin sədri Rusiya Dövlət Dumasının sədrini rəsmi qarşılayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Baharistanda Məclisin qərargahında Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodini qəbul edib.

Volodin və onu müşayiət edən parlament heyəti dünən axşam saatlarında Tehrana gəlib.

Qarşılanma mərasimindən dərhal sonra spikerlər arasında danışıqlar başlayıb. Danışıqlardan sonra Qalibaf və Volodin birgə mətbuat konfransında iştirak edəcəklər. 

İran rəsmiləri ilə danışıqlar aparmaq və İran-Rusiya Ali Parlament Komissiyasının üçüncü iclasında iştirak Rusiya parlament heyətinin Tehrandakı planlarındandır.

İran parlamentinin rəyasət heyətinin sözçüsü Seyid Nizaməddin Musəvi bundan əvvəl deyib: "Birgə komissiyanın iclasında energetika, nəqliyyat, kənd təsərrüfatı, bank-maliyyə və təhlükəsizlik məsələləri və regional əməkdaşlıqlar sahələrində müxtəlif gündəmlər var".

Teqlər