İran spikeri Rusiya ilə strateji planı həyata keçirməyə çağırıb
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Vyaçeslav Volodin ilə görüşdə bildirib ki, Rusiya və İran 25 illik strateji tərəfdaşlıq planının ən qısa müddətdə həyata keçirilməsini sürətləndirməlidir.
İran parlamentinin sədri deyib: "Rusiya və İranın hakimiyyət orqanları ikitərəfli və çoxtərəfli əlaqələrin, milli və regional hadisələrin dönüş nöqtəsini yaşadığını və qərarların qəbulunda zamanın ən mühüm element olduğunu yaxşı bilirlər".
Diqqəti gələcəyə yönəltməyə çağıran Qalibaf, 25 illik strateji tərəfdaşlıq planının ən qısa müddətdə həyata keçirilməli olduğunu bildirib.
Vyaçeslav Volodin isə öz növbəsində bildirib ki, İran-Rusiya əlaqələri müsbət istiqamətdə inkişaf edir və hər iki tərəfin dövlət başçıları arasında dostluq münasibətləri iki xalqın müvafiq qarşılıqlı əlaqələrindən xəbər verir.
O, İran-Rusiya ikitərəfli münasibətlərini alqışlayıb və deyib: "Dövlət Duması birgə komissiya iclasında qəbul edilmiş qərarların həyata keçirilməsi üçün bütün səylərdən istifadə edəcək".
Rusiya Dövlət Dumasının sədri hər iki dövlətin qarşısında duran çağırışlar və təhdidlərə toxunaraq, deyib: "İran və Rusiya uzun müddətdir problemlərlə üzləşib və bu təhdidlər Tehran və Moskva arasında münasibətlərin inkişafına mane ola bilməz".
"Sanksiyaların əsas məqsədi ABŞ-ın dünyada hegemonluğunu saxlamaqdır, lakin biz (İran və Rusiya) öz milli suverenliyimizi müdafiə edirik və öz taleyimizi müəyyənləşdiririk", - deyə Vyaçeslav Volodin bildirib.
Rusiya Dumasının rəhbəri qeyd edib ki, amerikalılar başqa ölkələrin işlərinə qarışmağa öyrəşiblər və öz sərvətlərini artırmaq üçün dünyanın bütün resurslarından istifadə etmək istəyirlər.
Volodinin fikrincə: Avropa İttifaqı ABŞ-ın siyasətini izləyir, Avropa liderləri ehtiyac duyduqları enerji və qazı qeyri-Rusiya bazarlarından və əvvəlkindən daha baha qiymətə almaq məcburiyyətindədirlər ki, bu da onlar üçün çox çətindir.
Vyaçeslav Volodin İran-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, əməkdaşlıq və ikitərəfli münasibətlərin möhkəmləndirilməsi prinsiplərinə əsaslanmalı olduğunu vurğulayıb.
İran-Rusiya Birgə Parlament Konissiyasının üçüncü iclası bu gün (bazar ertəsi) Rusiya Dumasının spikeri "Vyaçeslav Valodin" və İran İslam Şurası Məclisinin sədri "Məhəmməd Baqir Qalibaf"ın iştirakı ilə keçirilib.
Birgə parlament komissiyasının üçüncü iclasında enerji, nəqliyyat, kənd təsərrüfatı, bank işi, təhlükəsizlik və regional əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılmışdı.