Yan 23, 2023 18:57 Asia/Baku
  • İran-Rusiya Birgə Komissiyasının iclası ABŞ sanksiyaları ilə mübarizə fürsəti yaradır

İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bazar ertəsi günü deyib: İran və Rusiyanın Birgə Komissiyasının iclası hər iki ölkəyə ABŞ sanksiyaları ilə mübarizə aparmaq fürsəti yaradır.

SəhərAzəri-nin məlumatına əsasən, o, bu barədə Tehranda Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə birgə mətbuat konfransında bildirib.

İran spikeri ABŞ-ın İran, Rusiya və digər ölkələrə qarşı özbaşına sanksiyalarına toxunaraq deyib: "Həm İran, həm də Rusiyanın üzləşdiyi ortaq təhdidlər var. Bu cür təhdidlər iki ölkə arasında gələcək əməkdaşlığı və müxtəlif sahələrdə ikitərəfli münasibətlərin dərinləşməsini tələb edir".

Qalibaf bu gün keçirilən görüşdə Rusiya rəsmisi ilə neft və qaz sahəsinə investisiya qoyuluşu və iki ölkə arasında qaz mübadiləsinin asanlaşdırılması daxil olmaqla, geniş spektrli məsələləri müzakirə etdiyini bildirib.

O, həmçinin bildirib ki, tərəflər strateji əhəmiyyətli Şimal-Cənub Beynəlxalq Tranzit Dəhlizinin işə salınmasını da müzakirə ediblər.

Qalibafın sözlərinə görə, onlar hər iki ölkənin Şimal-Cənub Beynəlxalq Tranzit Dəhlizinin yekun hissəsi kimi Rəşt-Astara dəmir yolu xəttinə birgə sərmayə qoymasının vacibliyini vurğulayıblar.

Teqlər